Cümə, 27 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Əcnəbiylə evlənən azərbaycanlı qız: “Azərbaycanı tərk etməyinə 10 gün qalmış mənə evlilik təklif etdi” – FOTO

TURAN
19/06/2021 20:05
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Onlar bir-birini çox sevən, irq, din sərhədlərini aşmış, sevgisinə görə çətinlikləri gözə almış, qurbanlar vermiş cütlükdür. İzdivaclarına nə karyera, nə sərhədlər, nə də pandemiya mane olub. Deyirlər ki, bəzən dözməyib üsyan etsələr də, bir-birlərinə sevgi və övladları ilə bağlanan gəncdirlər.

“Kaspi” qəzetinin “Ailə” rubrikasının qonaqları pakistanlı Ansar Yousuf Zai və həmyerlimiz Ramilə Cəfiyeva olub. Cütlüyün Zara adlı qızları var.

“Bu oğlan köçəri quşdur, çıxıb gedəcək, ona bel bağlama”

Bakıda tanış olublar. Ansar iş üçün Bakıya gəlib və işgüzar görüşlərin birində bir-birlərini bəyəniblər. Ramilə deyir ki, əslində, evlənməklə bağlı planları olmayıb, amma qisməti belə imiş: “Münasibətimiz var idi, lakin bir-birimizə söz verməmişdik. Yoldaşım biz tanış olandan 4 ay sonra Malayziyaya, ailəsinin yanına qayıtmalı oldu. Pakistanlı olsa da, ailəsi ilə son 10 ildə Malayziyada yaşayırdı. Azərbaycanı tərk etməyinə 10 gün qalmış mənə evlənmək təklif etdi. Bu, mənim üçün gözlənilməz idi. Təəccübləndim, amma bir tərəfdən də sevindim. Çünki rəfiqələrim həmişə deyirdi ki, bu oğlan köçəri quşdur, çıxıb gedəcək, sən ona bel bağlama. Hər dəfə ürəyimin başı sızıldayırdı ki, o gedəcək, mən qalacağam. Yoldaşım 2020-ci ilin yanvarında Malayziyaya qayıtdı və planlaşdırdıq ki, mart ayında mən də ailəsi ilə tanış olum. 10 günlük Malayziyaya gedib, qayıdacaqdım. Amma mən ora çatandan iki gün sonra geri uçuş biletim ləğv olundu. Bütün sərhədlər bağlandı və Malayziyada qaldım. Qayınanam dedi ki, bu, qismətdir, siz evlənin. Malayziyaya çatandan bir həftə sonra nikahımız oldu. Əslində pakistanlıların toyları minimum üç hissədən ibarət olur. Bizdə pandemiya səbəbindən sadə oldu, ailəm də toyumda iştirak edə bilmədi”.

Ansar deyir ki, Ramilə onun ilk gündən diqqətini çəkib və “bu, mənim axtardığım qadındır” deyib: “Ramilənin qayğıkeş, dəstəkçi olması, mənə inanıb, güvənməyini sevdim. Ambisiyalı, fədakar, məqsədləri üçün çalışandır. Bu xüsusiyyətlərini çox dəyərləndirirəm. Ən əsası isə əyləncəli, maraqlı, pozitiv qızdır”.

Ramilə isə Ansarın xasiyyətinə, həyata baxış tərzinə vurulub: “Onun xarakterinə vurulmuşam. Bəzən bizimkilər deyir ki, ağbəniz qızsan, qarayanız oğlana necə getmisən? Düzdür, mən fiziki cəhətdən də yoldaşımı bəyənirəm. Amma daha çox xarakterinə vurulmuşam. Əslində tam əks adamlarıq. Yoldaşım xəyalpərəst, yaradıcı insandır. Beynindən çox, ürəyinə bağlıdır. Hərtərəflidir, bacarıqlıdır. Bacarmadığını da bir həftəyə öyrənir. Onun mərhəmətini, ədalətini sevirəm. Həm də sözü üzə deyəndir. Yerli-yersiz günahlandırmağı yoxdur. Bilir ki, mən karyeramı qoyub gəlmişəm. Mənə güzəşt edir. Hamilə olanda mən onların yeməklərini bişirə bilmirdim, hər gün mənə Azərbaycan yeməkləri hazırlayırdı. Belə həyat yoldaşını necə sevməyəsən (gülür)?

Pakistan dəbdəbəsi…

Pakistanlıların dəbdəbəli adətləri bəzən həmsöhbətimizi yorur: “Pakistan toyları çox təmtəraqlı olur. Üç hissədən ibarətdir. Mehindi, Şadi, Valima hissəsi. Bu üç prosesdən əvvəl dolqi gecələri olur. Yəni hər gün qohumlar, qonşular yığışır, dol deyilən musiqi aləti ilə mahnı ifa edir, oynayır, şənlənirlər. Mehindi bizim xına gecəsi kimidir. İkinci hissə – Şadi daha sakit formada keçir. Rəqs performansı olmur. Bəy, gəlin və qohumlar oturur, yemək yeyirlər və onlarla şəkillər çəkdirirlər. Valima hissəsini, adətən qız evi təşkil edir və Şadi kimi olur. Biz daha sadəyik. Pakistanlılar dəbdəbə, göstəriş sevəndir. Hərdən bunlar məni yorur. Üç gün dalbadal toyda iştirak etdim. Hamısında da fərqli paltar, fərqli makiyaj, fərqli ləl-cavahirat taxmalısan. Bunları tapmaq, bir araya gətirmək yorucudur. Mən praktik adamam”.

Oxşar adətlərə gəldikdə isə cütlük deyir ki, pakistanlılar da bizim kimi qonaqpərvərdirlər: “Oxşarlıqlarımız var. Onların da mətbəxi çox zəngindir. Düzdür, acılı yeyirlər, amma bəyənirik. Daha çox dindən gələn adətlərimiz oxşardır. Məsələn, burada da Ramazan, Qurban bayramları qeyd olunur. Evlilik prosesi pillə-pillə baş tutur, elçilik, nişan olur. Amma onların tədbirləri bizimkilərdən daha çox zəhmət tələb edir”.

Hər iki ölkənin mətbəxi zəngin olduğu üçün evdə hər iki tərəfin yeməkləri bişirilir: “Evimizdə 60 faiz Pakistan, 40 faiz Azərbaycan yeməkləri bişir. Qayınanam aşpazdır. Dünya mətbəxinə də müraciət edir. Düzü, mən Pakistana köçəndən bir, ya da iki dəfə yemək bişirmişəm. Qayınanam kabab, saciçi, plov, hər üç növ dolmanı bişirir. Azərbaycan mətbəxinin şah yeməkləri ilə ailəmizi tanış etmişik”.

“Mən işləyirəmsə, bunu qayınanama borcluyam”

Subay vaxtı sərbəst həyat tərzi yaşayan Ramilə, yeddi nəfərlik ailəyə gəlin gedib. Fərqli ölkə, fərqli mədəniyyət və böyük ailə… Deyir ki, subay vaxtı qayınana ilə yaşamaqdan çəkinirmiş. Amma qorxduğu başına gəlib.

“Qayınanamla münasibətim çox yaxşıdır. Rəsmən, külfət ailəyə gəlin gəlmişəm: yoldaşım, qızım, qayınana, qayınata, iki qayın və bir baldızla yaşayıram. Amma külfətin qulluğunda durmuram, əksinə, onlar mənə kömək edirlər. Qayınata, qayınanalı evdə yaşasam da, hər gün saat 11-dən tez durmuram. Hələ ki, gec durduğuma görə mənə “gözün üstə qaşın var” deyən olmayıb (gülür). Yuxudan oyanan kimi qayınanam soruşur ki, səhər yeməyinə nə yemək istəyirəm. Nə istəsəm hazırlayır. Halbuki anama desəm, yəqin, reaksiyası sakit olmaz (gülür). Qayınanam, harasa qonaq gedəndə və ya özəl günlərdə mənim üçün paltarın, aksessuarın ən gözəlini gətirir ki, mənim gəlinim hamıdan gözəl olmalıdır. Ya evə bazarlıq edəndə mənim sevdiyim şeyləri hər şeydən öncə alıb, uşaq kimi sevinə-sevinə üstümə qaçır ki, bax gör, sənə nələr almışam. Hətta qızım olanda, yoldaşım pandemiyaya görə işini itirmişdi deyə, qayınanam üzüyünü satıb mənə qızıl alıb yoldaşımın adından hədiyyə etmişdi. Qayınana ilə yaşamaqdan qorxurdum. Amma qayınanamla yaşamağım mənim həyatımı çox asanlaşdırıb. Düzdür, ananın yerini kimsə verə bilməz, amma qayınanam mənə bir ildir ki, dayaqdır. Həm maddi, həm mənəvi, həm fiziki. Bütün hallarda qayınanam yanımda olub, işimi asanlaşdırıb. Mən işləyirəmsə, bunu qayınanama borcluyam. Çox fədakar, zəhmətkeş qadındır. Ona anam qədər etibar edirəm”.

Bir çox analar kimi Ansarın da anası oğlunu öz seçdiyi qızla evləndirməyi arzulayıb. Amma Ansarın seçimi anası üçün sürpriz olub: “Ramilə Malayziyaya getməzdən öncə anamla cəmi bir, ya iki dəfə videozənglə danışmışdı. Onda da rəsmi, salam, sağ ol… Anam əvvəlcə tərəddüd edirdi. Təbii ki, əksər analar kimi arzulayırdı ki, qızı özü seçsin (gülür). Anama evlənmək istəyimi bildirəndə, tanıyıb, görüşmək istədi. İlk andan bir-birləri ilə enerjiləri tutdu. Düzdür, arada xırda söhbətlər ola bilər, amma həll edirik”.

İki fərqli ölkə və mədəniyyətdən gəlmiş iki fərqli xarakterli insanların evliliklərinin çətin və maraqlı tərəfləri nələrdir?

Ramilə: “Çox maraqlı, əyləncəli tərəfləri var. Hər dəfə özümüzü kəşf edirik. Yeni bir söz, oxşarlıq tapırıq. Çalışırıq, ortaq nöqtəmizi tapaq. Nə mən sırf azərbaycanlı ola bilmərəm, nə də yoldaşım sırf pakistanlı. Hər şeyi 50-50-yə edirik. Yoldaşım ədalət tərəfdarıdır. İstəməz ki, həyatım çətinləşsin. İki fərqli ölkə və mədəniyyətdən gəlmiş iki fərqli xarakterli insanların evlilikləri rəngarəng və əyləncəli olduğu qədər də, çətindir. Bəzən “biryanimiz” çox ədviyyatlı oldu, acıq edib yemək istəmədim, Ansar qatıq əlavə edib, acısını azaltmağı öyrətdi. Həyatda belədir, ölümdən başqa hər şeyə çarə var, yetər ki, sən sevgi ilə istə”.

Ansar: “Mən ondan hər şeyə pakistanlı kimi yanaşmağı tələb etmərəm. Ramilənin sevgimizə görə nələrdən keçdiyinin və nələrə sinə gərdiyinin fərqindəyəm. Onu elə azərbaycanlı kimi bəyənmişəm, sevirəm. Məqsədim fərqli olsaydı, pakistanlı ilə evlənərdim. Xarici ilə evlənmişəmsə, gərək güzəştə gedək. Bir-birimizi başa düşərək, çətinlikləri dəf edir, ortaq nöqtələr tapmağa çalışırıq.

Nə üçün azərbaycanlı xanım?

Ansar: “Azərbaycan xanımları daha müstəqil, hətta feminist olurlar. Qadının öz fikrinin olması vacibdir. Çox işgüzardırlar. Öz ayaqları üzərində durmağı bacarır və çalışqandırlar. Hər şeyi sakit şəkildə etməyi bacarırlar. Xaos yaratmırlar. Qidalarına, geyimlərinə diqqət yetirirlər. Sağlam həyat tərzi sürməyə çalışırlar. Azərbaycan qadınları Pakistan qadınlarına nisbətən daha az tələbkardır. Pakistan qadınları kişinin ciyərini çəkib çıxarırlar (gülür). Azərbaycan qadınları ailənin ağırlığının yükünü üzərinə götürə bilir. Pakistan qadınları hər şeyi kişinin üzərinə atırlar.

Sizin üçün xoşbəxt ailənin sirri nədir?

Ramilə: “Çalışıram ki, xoşbəxtliyi daha çox kiçik şeylərdə tapım. Düzdür, məqsədli insanam. Bəzən həyatımdan razı qalmıram. İstəyirəm daha çox irəli gedim. Amma əminəm ki, xoşbəxtlik maddiyyatda deyil. Çox pulum da olub, amma maddiyyatın məni xoşbəxt etmədiyini də görmüşəm. Xoşbəxtlik, qayğıda, sevgidə, iki nəfərin bir birinə hörmətindədir. Dalaşsalar belə, sonda bir-birinə güzəştə gedib sarılmağı bacarmaqdır, xoşbəxtlik. Həyatın çətinliklərinə sinə gərmək, səbirli olmaqdır. Canımız sağlamdırsa, ailəmizdə sevgi, hörmət varsa, hər şey zamanla yoluna düşür”.

Ailədə problemlərinizi necə həll edirsiniz? Kim od, kim su olur? Adətən kişilər xanımlardan gileylənir.

Ramilə: “Biz təzə evlənəndə daha çox mübahisə edirdik. Uşaq dünyaya gəldikdən sonra bütün düzənimiz dəyişdi. Vəziyyət daha da qəlizləşdi. Qayınanamın köməyi ilə bu dövrü aşdıq. Tək olsaydıq, çətin olardı. Zamanla alışırıq. Hazırda da mübahisələrimiz olur. Heç bir fiziki şiddət olmur, amma razılaşmadığımız halda söz mübahisəmiz çox olur. Bir dəfə o güzəştə gedəndə, bir dəfə mən gedirəm. Dalaşırıq, bir-iki gün istirahət edib, sakit şəkildə barışırıq. Düzdür, daha çox Ansar güzəştə gedir. Amma mən də səhv olanda “pişim, pişim” edirəm. Hər dəfə o güzəştə getsə, təbii olaraq yorular”.

Gənc xanımlara nə demək istəyərdiniz?

Ramilə: “Evlilikdə qismətə inanıram. Mən həyatım boyu hər şeyi planlayırdım. Amma evlilik heç gözləmədiyim şəkildə oldu. Ona görə də həyatı yaşamaq lazımdır. Həyat sizin əksinizə gedirsə, yenə də pozitiv tapın. Əsas odur ki, səbirli olun. Xüsusilə də yeni ailə quranlar çətinliklə üzləşir, hələ uşaq tez olursa, hər şey daha çətinləşir. Səbir etmək lazımdır. Ən əsası kainata gözəl mesajlar göndərin ki, gələcəyiniz gözəl alınsın. Fikirləşdiyim pis işlərin hamısı başıma gəlirdi. Sonradan pozitivə yükləndim və nəticəsini də görürəm. Pozitiv notlara yönəlin, həyata bir dəfə gəlirik, onu da dolu-dolu yaşamalıyıq. Sevdiyinizə görə dünyanın o biri başına getmək lazımdırsa, gedin. Mənim kimi…

DAHA ÇOX OXU

Cəmiyyət

Jurnalist Əfqan Sadıqov əfv olunub

27/05/2022
Cəmiyyət

Əli Kərimlinin sürücüsü əfv olundu

27/05/2022
Cəmiyyət

Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

27/05/2022
Cəmiyyət

Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

27/05/2022
Cəmiyyət

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

27/05/2022
1-MANŞET

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

27/05/2022
SON XƏBƏR

Kaan Yıldırım Hadisə ilə ayrılıq xəbərinə aydınlıq gətirdi - FOTO

Güləşçimiz erməni rəqibindən 1 dəqiqəyə 7 xal qazanaraq Avropa çempionu oldu

Ermənistanın verdiyi mina xəritələri nə dərəcədə dəqiqdir? - RƏSMİ AÇIQLAMA

Xəbər lenti

Jurnalist Əfqan Sadıqov əfv olunub

2022/05/27 19:26

Əli Kərimlinin sürücüsü əfv olundu

2022/05/27 19:23

Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

2022/05/27 19:03

Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

2022/05/27 18:56

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

2022/05/27 18:55

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

2022/05/27 18:48

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

2022/05/27 18:45

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

2022/05/27 18:35

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

2022/05/27 18:22

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

2022/05/27 17:19

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

2022/05/27 17:15

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

2022/05/27 17:15

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

2022/05/27 17:10

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

2022/05/27 17:03

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

2022/05/27 16:54

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

2022/05/27 16:40

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

2022/05/27 16:29

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

2022/05/27 16:18

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

2022/05/27 16:07

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

2022/05/27 15:51

Meymunçiçəyinə Azərbaycanda bu şəxslər yoluxa bilər – AÇIQLAMA

2022/05/27 15:38

Bakıda müəllimi öldürüb evini yandıran şəxs tutuldu

2022/05/27 15:33

Mehriban Əliyeva Zəngilandan video paylaşıb

2022/05/27 15:31

Məşhur teleaparıcı DİN əməkdaşı ilə ailə qurur

2022/05/27 15:24

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.