Hər gün sosial şəbəkə hesabımda şəkil paylaşmağı sevmirəm ki, o şəkil xatirinə mən görünüm. Çünkü mən özümə yaraşdırmıram ki, şəkil xatirinə harada gəldi poz verib şəkil çəkdirib qoyum.

Milli.Az xəbər verir ki, Xalq artisti Mələkxanım Eyyubova deyib.

Xanəndə sosial şəbəkə istifadəçilərinin bəzilərindən gileyini də dilə gətirib:

“Harasa tədbirə gedəndə də orada işıqlar könlümcə olmayavda da heç şəkil çəkdirib paylaşmıram. Çünkü üzümüz-gözümüz bərbad düşür. Bir də görürsən ki, “koment”də elə sözlər yazırlar ki, o da mənim qəlbimi incidir. Ona görə düşünürəım ki, hər yerdə şəkil çəkdirib paylaşmağa ehtiyac yoxdur. Çünkü üz biraz şişgin, yaxud kök düşürsə, o saat yozurlar ki, “yanağını necə botoks etdirib, utanmır bu vaxtında”. Ona görə də ola bilər ki, aylarla şəkil çəkdirməyim”.