“Atəşkəs razılaşmasından sonra bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları meydana gəlib”.

Medianews.az-ın məlumatına görə, bunu Şuşada səfərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə coğrafi qonşuluq əlaqələrini daha dərin əməkdaşlığa yönəltmək niyyətindədir.

“Biz Ermənistandan ona uzadılan xoş niyyətləri və ortaq gələcəyi birlikdə qurmaq fürsətini düzgün dəyərləndirməyi ümid edirik”, – deyə R.T.Ərdoğan bildirib.