Sabah AVRO-2020-də ilk oyununa çıxacaq Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında maraqlı hərəkətilə yadda qalıb.

O, masanın üzərindəki “Coca-Cola” şüşələrini adi su şüşəsilə əvəz edib.

Bu zaman Ronaldu qısa şərh verməkdən də çəkinməyib. O, zalda əyləşənlərə “Su için!” deyə müraciət edərək sadə suyun daha faydalı olduğuna diqqət çəkib.