Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şuşa şəhərinə gəlib.

Musavat.com xəbər verir ki, R.T.Ərdoğanı və xanımını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qarşılayıb.

Qonaqların şərəfinə fəxri qarovul dəstəsi düzülüb.