Türkiyəli aparıcı və model Burcu Esmersoy sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, aparıcı “Instagram” hesabında açıq-saçıq görüntülərini yayımlayıb.
Burcu çimərlik geyimində lentə aldığı videosuna “Bir də görərsən ki, gözləmədiyini yay çox gözəl keçər” qısa şərhini də əlavə edib.
Görüntülərdə aparıcı əyninə qısa ətək və köynək də geyinərək hər zamanki qlamur tərzini də nümayiş etdirib.
Burcunun bu videosu sosial şəbəkə istifadəçilərinin müzakirə obyektinə çevrilib.
Onun paylaşımına 80 mindən çox “like” gəlib, minlərlə insan modelin videosu haqda fikrini bildirərək rəy yazıblar.