Bakı-Qazax yolunda qəza baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər.
Bildirilib ki, Qaradağ rayonu ərazisində, Ələt istiqamətində “QAZel” markalı avtomobilin təkəri partlayıb. Nəticədə maşın aşıb.
Aşan maşına yüklənən qarpızlar yola dağılıb.
Hadisənin görüntülərini təqdim edirik.
Faktla bağlı araşdırma aparılır.