İnsanların daxilindəki “canavar” bir dəfə də olsun oyanmasın. Çünki onu yenidən cilovlamaq mümkün olmaya bilər. Buna misal olaraq tarixdəki yüzlərlə, minlərlər insanın həyatını puç edən diktatorları misal gətirmək olar.
Medianews.az sizlərə heç vaxt məğlub olmayacaqlarını düşünərək yaşayan, lakin sonu hər kəsə dərs olan diktatorların siyahısını təqdim edir.
1.Benito Mussolini
Avropanın ilk faşist lideri Benito Mussolini, 1922-ci ildə İtaliyanı ələ keçirdikdən sonra terroru yaymağa başlayıb. Faşist partiyası xaricindəki partiyaların bağlanması, qəzetlərə senzura qoyulması kimi bir çox faşist siyasəti ilə xalqı incidib. Adolf Hitlerlə müttəfiq olan faşist diktator, təcavüzkar daxili və xarici siyasətinə görə 400.000 insanın ölümünə imza atıb. Mussolini Roma imperatorluğunu yenidən canlandıracağını iddia edirdi. Cəbhələrdəki və daxili siyasətdəki uğursuzluqlarla başlayan dağılmasından sonra 25 aprel 1945-ci ildə kommunist partizanlar tərəfindən tuulub. 28 aprel tarixində məşuqəsi Klara Petaki ilə birlikdə öldürülüb. Ertəsi gün Mussolininin sevgilisi və bir neçə tərəfdarının cəsədləri Milanın Loreto meydanındakı “Esso” yanacaqdoldurma məntəqəsinin damından başı aşağı asılmışdı.
2. Adolf Hitler
Milli Sosialist Alman İşçi Partiyasının (NSDAP) qurucusu və sədri idi. Almaniyanın başçısı olduqdan sonra əvvəlcə daxili təmizləməyə başladı və rəqiblərini vəhşicəsinə öldürdü. Qalanını həbsxanalara saldı. Sonra həm 6 milyon Yəhudinin qətlə yetirildiyi Holokostu, həm də on milyonlarla insanın həyatını itirdiyi ikinci dünya müharibəsini alovlandırdı. Adolf Hitler tarixin ən qanlı faşist diktatorlarından biri olub. Müharibədə məğlub olduğu və Sovet ordusunun Berlinə girdiyini biləndə həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edib.
3. Nikolay Çavuşesku
1965-ci ildə Rumıniyanın idarəçiliyini ələ alan Nikolae Çauşesku düşüncə və ifadə azadlığına qarşı müharibə elan edib. O, sərvət içərisində üzərkən və çox dəbdəbəli bir həyat sürərkən, insanlar yemək üçün çörək tapmaqda belə çətinlik çəkirdilər. 1989-cu ildə başlayan nümayişlər etirazçıların atəşə tutulmasının ardından ordunun da iştirak etdiyi inqilaba çevrildikdə daha da pisləşdi. Qaçmağa çalışan Nikolae Çauşesku və həyat yoldaşı Elena Çauşesku 25 dekabr 1989-cu ildə mühakimə edilərək edam edildi.
4. Müəmmar Qəddafi
1969-cu ildə dövlət çevrilişi ilə Liviyanın başçısı olub. 2011-ci ildə başlayan vətəndaş müharibəsinə qədər ölkəni idarə edib. Neftlə zəngin olan ölkə, qonşularından daha zəngin görünsə də, özündən başqa kimsəyə hakimiyyət şansı verməyən Qəddafinin qadağa və məhdudiyyətləri ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Müxalifəti zərərsizləşdirmək üçün tez-tez zorakılığa əl atırdı. Nəhayət, 2011-ci ildə başlayan vətəndaş müharibəsi ilə devrildi və üsyançılar tərəfindən öldürülüb.
5. Səddam Hüseyn
İraqın 5-ci Prezidenti (1973-2003). 1970-ci illərdən başlayaraq dövləti tədricən ələ almağa başlayıb. Bu dövrdə Sünni ərəblər İraq əhalisinin yalnız beşdə birini təşkil etmələrinə baxmayaraq bir çox əsas inzibati vəzifələrə təyin edildi. Dəfələrlə hökuməti devirməyə və ya müstəqillik əldə etməyə çalışan şiələri və kürdləri qorxutmağa çalışdı. 5000 nəfərin öldüyü Halabca qırğınında olduğu kimi kimyəvi silahlara da müraciət etdi. 2003-cü ildə ABŞ və İngiltərənin rəhbərlik etdiyi koalisiya qüvvələri İraqa hücum etdi. Əməliyyatın başlamasından üç həftə sonra, 9 aprel 2003-cü ildə paytaxt Bağdad koalisiya qüvvələri tərəfindən ələ keçirildikdə, Səddam Hüseynin hakimiyyəti sona çatdı. Təxminən səkkiz ay sonra gizləndiyi bunkerdə tutulan Səddam Hüseyn sonradan mühakimə olundu. 5 Noyabr 2006-cı ildə edama məhkum edildiyi zaman 2 milyona yaxın insanın ölümündən məsul idi. O, 30 dekabr 2006-cı ildə asılaraq edam edildi.
6. Hideki Tojo
Yapon ordusunun Çin və Cənub-Şərqi Asiyada insanlıq əleyhinə cinayətlərinin başlıca günahkarlarından biri olan faşist general. Baş nazirliyi dövründə Yaponiyanın sözükeçən dairələrində baş verən və təxminən 8 milyon insanın öldüyü qırğınlardan da cavabdehdir. II Dünya Müharibəsindən sonra yaradılan Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Cinayət Tribunalı tərəfindən A sinifi bir hərbi cinayətkar kimi məhkum edildi. Həbs olunmaq üçün evini mühasirəyə aldıqda, özünü sinəsindən vuraraq intihar etmək istədi, ancaq mümkün olmadı. Daha sonra 23 dekabr 1948-ci ildə asılaraq edam edildi.
7. Mobutu Sese Seko
32 il (1965-1997), o zaman Zaire olaraq bilinən bu gün Konqo Demokratik Respublikasının dövlət başçısı idi. İdarəçiliyi dövründə zəngin yeraltı sərvətlərə sahib olan ölkəni səhv siyasətlərlə yoxsullaşdırdı. Davamlı olaraq özünü ilahi bir qüvvə kimi göstərir, bu şəkildə təsvir edirdi. 1996-cı ildə “Laurent-Désiré Kabila”nın rəhbərlik etdiyi qruplar, paytaxt Kinşasaya yürüş etdi. Nə xərçəng xəstəsi olan Mobutu, nə də onun rəhbərliyindəki silahlı qüvvələr müqavimət göstərə bilmədikləri üçün Mobutunun istəyi ilə başlayan sülh danışıqları da uğursuz nəticələndi. 16 May 1997-ci ildə Kinşasanı ələ keçirən müxalif qruplar 32 yaşlı Mobutu devirdi. Devrilən Mobutu sürgünə getdi, əvvəlcə Toqoya, daha sonra Fasa. 7 sentyabr 1997-ci ildə sürgündə olarkən prostat xərçəngindən öldü və Mərakeşdə dəfn edildi.
8. Pol Pot
1975-1979-cu illər arasında qurduğu və idarə etdiyi “Khmer Rouge” adlı radikal kommunist hərəkatı ilə apardığı partizan müharibəsi nəticəsində Kamboca rəhbərliyini ələ alıdı.Şəhərlərdə yaşayan milyonlarla insanı kəndlərə məcburi şəkildə köçürərək onları kənd təsərrüfatı ilə məşğul olamağa zorlayıb. Təxminən 1,5 milyon insanın çəkic, balta və kürəklə öldürülməsini əmr edib. İqtidarda olduğu dövrdə Kambocanın 7 milyon əhalisinin 3 milyon 300 minini qətlə yetirdi. 1979-cu ildə devrildikdə Kambocanın meşəsinə qaçdı və partizan hərəkatını davam etdirdi. 1997-ci ildə yenidən paytaxtı ələ keçirtməyə çalışdı, amma uğursuz oldu. Buna görə tərəfdarları tərəfindən ömürlük ev həbsinə məhkum edildi. 1998-ci ildə, bəzi iddialara görə, ürək tutması səbəbiylə, bəzilərinə görə isə intihar edərək ölüb.
9. Alfredo Stroessner
Alfredo Stroessner Paraqvayı 1954 – 1989-cu illərdə idarə edən hərbi diktatordur. Latın Amerikasında 20-ci əsrin ən uzun sürən diktatorluğunu qurub. 4 May 1954-cü ildə Prezident Federico Chavezi devirib. Daha sonra prezidentliyə yalnız namizəd olduğu bir seçki ilə gəldi. Kənd yoxsullarının və şəhər işçilərinin narahatlığını sakitləşdirməyə çalışarkən, eyni zamanda iri torpaq mülkiyyətçiləri və iş adamlarının da maraqlarını axtardı. Parlamenti və məhkəmələri tərəfdarları ilə doldurdu. Ardıcıl altı dəfə prezident seçilməsini qanuniləşdirmək üçün konstitusiya 1967 və 1977-ci illərdə iki dəfə dəyişdirildi. Ona qarşı olan əleyhdarlarına ağır təzyiq göstərdi. 1983 və 1988-ci illərdə iki dəfə prezident seçilən Stroessner, 1989-cu ilin fevralında baş verən hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı. Çevrilişdən sonra Braziliyaya qaçdı və burada on yeddi il yarım sürgündə yaşadı. Ölümündən əvvəl ölkəsinə qayıtmaq istədi, ancaq hökumət buna icazə vermədi. 16 Avqust 2006-cı ildə vəfat etdi.
10. Slobodan Milosevic
Keçmiş Yuqoslaviya və Serbiyanın prezidenti olub. Balkan Qəssabı kimi tanınan müharibə cinayətkarı Slobodan Miloseviç, Bosniyada həyata keçirdiyi amansız qırğınlarda 250 min insanın ölümünə səbəb olub. Hərbi cinayətlərdən başqa, ona qarşı çox sayda korrupsiya ittihamı da var idi. Yenilməz olduğunu düşünən Miloseviç, “Məni məhv edə bilməzlər və öldürə də bilməzlər!” deyirdi. 2000-ci il seçkiləri və ardından başlayan qiyamla hakimiyyəti itirən Miloseviç ilk olaraq Belqrad həbsxanasına göndərildi. Hollandiyanın Haaqa şəhərində yaradılan Döyüş Cinayətləri Məhkəməsində mühakimə olundu. 11 Mart 2006-cı ildə hərbi cinayətlərə görə mühakimə olunarkən Haaqada öldü.
11. İdi Amin
Idi Amin 1971-1979-cu illərdə prezident vəzifəsində çalışan Uqanda hərbi diktatoru olub. İdi Aminin hakimiyyəti dövründə siyasi repressiyalar, etnik ayrıseçkilik və insan haqları pozuntuları sıx şəkildə müşahidə olunurdu. Beynəlxalq müşahidəçilərin və insan haqları qruplarının hesablamalarına görə, İdi Aminin hakimiyyəti dövründə 100.000 – 500.000 arasında insan öldürülüb. 1978-ci ilin oktyabrında Tanzaniya tərəfindən dəstəklənən Uqanda Milli Qurtuluş Ordusu adlı partizanların hücumları başlayıb. Nəhayət, 13 aprel 1979-cu ildə üsyançı partizanlar paytaxt Kampalaya çatmadan Idi Amin və tərəfdarları ölkədən qaçdılar. Idi Amin Uqanda Prezidenti Yoweri Museveni-dən yalvarır ki, ömrünün sonuna qədər Uqandaya qayıtmasına icazə versin, lakin Yoeri icazə vermədi. Amin, 16 Avqust 2003-cü ildə Ciddədəki xəstəxanada öldü.
Turan Oruc
Medianews.az