Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin “Erməni terrorçuları Sarqsyanla dəyişdirilə bilər” adlı 33-cü buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə, hərbi cinayətkar Serj Sarqsyanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyana oğlu Aşotu Azərbaycanda saxlanılan erməni terrorçuları ilə “dəyiş” çağırışına toxunub.

“Əslində, bu cinayətkarın təklifində təəccüblü bir şey yoxdur. Birinci Qarabağ müharibəsi dövründə erməni quldur birləşmələrinin səhra komandiri olan Sarqsyan üçün əsir alıb-satmaq, girov götürmək, dəyişdirmək adi vərdişdir. Və görünən odur ki, hətta iki dövrlük prezident kreslosu belə, bu adamın insan alverçisi mahiyyətini dəyişməyib”,- deyə jurnalist bildirib.
O qeyd edib ki, erməni terrorçularının müqabilində ödəniləcək qiymət “bığ yeri təzəcə tərləmiş Aşot ola bilməz”.

“Əgər Serj Sarqsyanı saxlanılan erməni terrorçularının taleyi bu qədər narahat edirsə, o zaman o özü bu terroçuların azad olunması müqabilində könüllü olaraq Azərbaycana təslim olsun”, – deyə F.İsazadə qeyd edib.

Sözügedən verilişi təqdim edirik: