Rusiyada məşhurlaşan azərbaycanlı videobloger Hüseyn Həsənov ad gününü təmtəraqlı şəkildə qeyd edib.
BAKU.WS xəbər verir ki, o, ad gününü Rusiyanın paytaxtı Moskva şəhərində dəbdəbəli restoranların birində keçirib.
O, ad günündən çəkilən video görüntüləri “Instagram” hesabında paylaşıb.
Video görüntülər izləyicilər tərəfindən çoxsaylı bəyənilib və böyük müzakirələrə səbəb olub.
Qeyd edək ki, hazırda Hüseyn Həsənovun “Instagram” hesabının 17 milyon izləyicisi var.