Gəncədə güclü yağış bir sıra fəsadlar yaradıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, əlverişsiz hava şəraiti şəhərin Məhsəti qəsəbəsində daha ciddi problemlərə yol açıb.
Burada yağış suları sakinlərin evlərinə dolub. Sakinlərin sözlərinə görə, aidiyyəti orqanlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, bir tədbir görülmür.
Hazırda Gəncə şəhərində və ətraf rayonlarda yağışlı hava şəraiti davam edir.