Cəlilabad gəncləri son aylar idman sahəsində ciddi uğurlar əldə edirlər.

Belə ki, 24 – 25 – may tarixində 14-15 yaşlı yeniyetmələr arasında Cəlilabad rayon Uşaq-Gənclər İdman-şahmat məktəbinin yetirmələri Şəhidlərimizin xatirəsinə həsir olunmuş futbol yarışında 10 rayon arasında birinci yerə layiq görülüblər.

Lənkəran rayon futbolçuları ilə final yarışına çıxan Cəlilabad rayon Uşaq-Gənclər İdman-şahmat məktəbinin yetirmələri 4-3 hesabı ilə qələbə qazanaraq, Bakı şəhərində respublika yarışlarında iştirak etmək üçün vəsiqə qazanıblar.

Respublika birinciliyi uğrunda 12 komanda yarışacaq. Regional yarışlarda birinci və ikinci yerə layiq görülən komandalar respublika birinciliyində yarışlara qatılacaqlar.

Cəlilabad gəncləri bildirirlər ki, bütün bu uğurlar Cəlilabad rayon Uşaq-Gənclər İdman-şahmat məktəbinə Abbas Zülfüqarovun rəhbər təyin olunmasından sonra qazanılıb.

İdman akademiyasının yetirməsi olan Abbas Zülfüqarov on beş ildən artıqdır bu məktəbdə çalışır.

Cəlilabadda gənclər arasında idman yarışları: arda-arda qazanılan uğurlar
Cəlilabadda gənclər arasında idman yarışları: arda-arda qazanılan uğurlar
Cəlilabadda gənclər arasında idman yarışları: arda-arda qazanılan uğurlar