Abort etdiyi üçün 30 il həbs cəzasına məhkum edilmiş salvadorlu qadın vaxtından əvvəl azadlığa buraxılıb.

Bu barədə “Reuters” xəbər verib.

Məlumata görə, hadisə 2012-ci ildə baş verib. Sara Rogel qanaxma ilə əlaqədar xəstəxanaya yerləşdirilib. O, evdə təmizlik işləri görərkən yıxıldığını deyib. Ancaq 22 yaşlı Rogelin hamilə olduğu ortaya çıxıb. Nəticədə bətnindəki qızını öldürdüyünə görə o, həbs olunmuşdu.

Qeyd edək ki, Salvador abort əleyhinə dünyanın ən sərt qanunvericiliyinə sahibdir. Hətta zorlama halında və ya hamiləliyin ana üçün həyati təhlükəsi olduğu halda belə hamiləliyin dayandırılması qadağandır.

Abortda təqsirli bilinənlər 40 ilə qədər həbs cəzası ilə üzləşir.

Bununla belə, son illərdə bəzi məhkəmə qərarları ləğv edilib.