“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” pilotları Karlos Sayns və Şarl Lekler Azərbaycana səfər zamanı kiçik turbulent zonaya düşüblər.

Medianews.az “Report”a istinadən xəbər verir ki, Lekler hadisədən sonra qorxub və bu, komanda yoldaşının onunla məzələnməsinə səbəb olub.

Sayns Leklerin videosunu paylaşaraq “Kimsə altını batırdı” yazıb.

Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 – 6 iyunda keçiriləcək. Mövsümün ilk 5 mərhələsindən sonra Şarl Lekler altıncı, Karlos Sayns isə yeddinci yerdədir.