Türkiyə ərazisində keçiriləcək “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdə baş verən cüzi nasazlıq səbəbindən Giresun şəhərində məcburi eniş edib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, hazırda helikopterdə baş verən problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir və sonra uçuş marşrut üzrə davam edəcək.

Helikopterin ekipajı arasında xəsarət alan yoxdur.