Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
BAKU.WS xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Güləşçimiz Vahid Qalayev 1/4 final mərhələsində Ermənistanı təmsil edən Hovannes Maqakyanla qarşılaşıb.
Təmsilçimiz rəqibini 6:3 hesabı ilə məğlub edərək adını 1/2 final mərhələsinə yazdırıb.
Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür:
https://uww.org/event/european-championships-24?tab=results