Bakı şəhəri üzrə altı ictimai çimərlik tam hazır vəziyyətə gətirilib.

Medianews.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Sahil, Pirşağı, Şıxov, Buzovna, Görədil və Novxanı qəsəbəsində yerləşən ictimai çimərliklər artıq dəniz mövsümünə hazırdır.

Əlavə edilib ki, ictimai və digər özəl çimərliklərin nə zaman fəaliyyət göstərib-göstərməyəcəyinə gəldikdə isə bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra məlum olacaq.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, çimərliklərin nə zaman fəaliyyətlərini bərpa edəcəyi ilə bağlı hələ ki, müvafiq bir qərar yoxdur.