Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarından istifadə edən vətəndaşlar bu səhərdən etibarən problemlə üzləşiblər.

Bu barədə BAKU.WS-in “qaynar xətt”inə sakinlər məlumat veriblər.

Onlar bildirirlər ki, Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyətini bərpa etməsindən sonra Pirşağı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən qatarların sayı azalıb. Nəticədə stansiyalarda vətəndaşların sıxlığı qeydə alınıb.

Mövcud məsələyə münasibət öyrənmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. Qurumun rəsmi məlumatını yaxın dəqiqələrdə təqdim edəcəyik.