Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Xatirə İslam arasında mübahisə düşüb.

Medianews.az “axşam.az”a istinadən xəbər verir ki, ifaçılar arasındakı soyuqluq qonaq olduqları “Zaurla Günaydın” verilişində də diqqətdən qaçmayıb. Xatirə bildirib ki, Vasifin soyuqluğuna səbəb onunla danışmamasıdır.

Məsələyə aydınlıq gətirən Məhərrəmli buna gələn toy təkliflərinin səbəb olduğunu deyib:

“Paxıl adam deyiləm, elə insana Allah vermir. Xatirəyə deyirəm ki, səni nə qədər çox istəsəm uduzuram. Sən məni daha çox istəyirsən. Amma xətrimə dəyən məsələlər var. Pandemiyada Rusiyadan dəfələrlə toy təklifi gəldi. Nə məni, nə Xatirəni tək istəyirlər. Deyirəm, qələt edib səninlə duet oxumadım ki, gedək.

Bilirəm, təyyarədən qorxur. Kazaxıstanda bir təklif gəldi, çox əla pul verirdilər. O qədər də vacib işi yox idi, istəsə, gedə bilərdi. O qədər yaxşı pul verirdilər ki, hərəmizə bir maşın ala bilərdik. Şükür, Allah ruzimizi göndərir, dolanırıq. Amma səhnə adamı səhnə istəyir”.

“Vasifi başa salmağa çalışıram ki, müalicə alıram” deyə, Xatirə əlavə edib.