Tanınmış məşqçi Nadir Qasımova ağır itki üz verib. Mütəxəssisin oğlu Ələsgər Qasımov 42 yaşında dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo”ya Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O bildirib ki, Ə. Qasımov uzun müddətdir ağciyərlərində olan xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Nadir Qasımov “Muğan”, MKT Araz klublarında çalışıb. 72 yaşlı çalışdırıcı 2004/2005-ci illərdə Azərbaycan yığma komandasında Karlos Alberto Torresin köməkçisi olub. Daha sonra o, birinci divizionda “Şuşa Qarabağ” klubunu çalışdırıb.

Nadir Qasımov özü də bu yaxınlarda koronavirusa yoluxmuşdu və o, xəstəlikdən sağalmışdı.