Ermənistan parlamentinin xüsusi iclasında ikinci dəfə də baş nazir seçilmədi və parlament qanuni buraxıldı.

Trend-in məlumatına görə, qanunverici orqanın iclasını yerli telekanallar canlı nümayiş etdiriblər.

Ermənistan milli məclisinin sədri Ararat Mirzoyan bildirdi ki, qanunun lehinə bir, əleyhinə isə bir deputat səs verib, digər yetmiş altı deputat səsvermədən imtina ediblər:

“Qərar qəbul edilmədi. Ermənistan konstitusiyasına görə parlament buraxıldı və növbəti seçkilər təyin ediləcək”.