Hazırda “Tərtər işi” adlanan istintaq prosesi və orduda baş verənlər ölkə gündəminin əsas mövzularından biridir.
Bu mövzu istər müxalifət düşərgsi, istərsə də sosial media istifadəçiləri üçün hakimiyyətə və orduya qarşı iddia və ittihamlara əsas verən faktordur. Müxalifət düşərgəsində və sosial mediada “Tərtər işi” ilə bağlı hakimiyyətin ünvanına səslənən ittihamlardan və iddialardan sonra bu işlə bağlı istintaq orqanlarının apardığı videoçəkilişlər yayılmağa başlayıb.
Bu videolar qan donduran hekayələr, ifadələr və etiraflarla doludur.
Musavat.com həmin videolardan birini təqdim edir və mühakimə yürütməyi oxucularına həvalə edir.