İstanbulun Sultanqazi rayonunda tam qapanma rejiminə məhəl qoymayan bir qrup gənc sərnişin avtobusunda əyləncə məclisi təşkil, musiqi sədaları altında rəqs ediblər.

Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda gənclərin həmçinin tibbi maska və sosial məsafə qaydalarına da məhəl qoymadığı əks olunub.

Xatırladaq ki, Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinin nəticəsini daha təsirli hala gətirmək üçün aprelin 29-u yerli vaxtla saat 19:00-dan (Bakı vaxtı ilə 20:00) mayın 17-si saat 5:00-dək ölkədə “tam qapanma!” rejimi tətbiq olunub.