Türkiyəli məşhur müğənni Ebru Gündeşlə Azərbaycan əsilli iş adamı Reza Zerrabın evliliyi rəsmən sona çatdı.

“Hürriyet” xəbər verir ki, 11 il evli olan məşhur cütlüyün səs-küylü boşanma məsələsi razılaşma ilə bitib. R.Zerrab razılaşmalı boşanmanı qəbul edib.

Məhkəmə qərarı ilə övladlarının qəyyumluğu anasına verilib.

E.Gündeş qərar veriləndən sonra qızını ABŞ-da yaşan R.Zerrabın yanına aparıb.

Xatırladaq ki, müğənni ərinin ona xəyanət etməsi iddiası ilə məhkəməyə boşanmaq üçün müraciət etmişdi. E.Gündeş ərinin ona xəyanət etdiyi qadınların arasında Hadisənin də adını çəkmişdi.