“Elnarə ilə heç bir qəsdi-qərəzdiyim yoxdur. Aramızda bir-birimizə qarşı nəsə olsa da, deyib-gülüb keçmişik… Onunla heç vaxt mübahisə etməmişəm. Elnarəni də, sənətini də sevirəm”.
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Atv maqazin onlarla” verilişində qonaq olarkən deyib. Həmkarı Elnarə Xəlilovadan danışan ifaçı onun sənəti ilə əvvəlki kimi məşğul olmadığını bildirib:
“Ailəsinə bağlıdır deyə sənət yaddan çıxıb. Əvvəlki kimi deyil. Sadəcə Röya da, Natavan da, Elnarə də deyirlər ki, “Səidəni sənətə mən gətirmişəm”. Amma belə deyil. Buna baxmayaraq, mən onların heç birinə kin saxlamıram”.