Bütün dünyada koronavirusla mübarizə davam etdiyi müddətdə İspaniyada beş min, Yeni Zellandiyada 50 min nəfərlik (sosial məsafənin qorunmadığı) konsert təşkil edilib. Pandemiyanın başlanğıc götürdüyü Uhan da yeni “trendə” qoşularaq “Wuhan Strawberry” musiqi festivalı keçirib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə iki gün təşkil edilən konsertdə maska və sosial məsafə tələbi olmayıb.

Qeyd edək ki, son məlumatlara görə Çində 16 yeni yoluxma qeydə alınıb. Onların əksəriryyətinin xarici ölkə qaynaqlı olduğu müəyyənləşib.