Dünya ölkələri coğrafiyası genişlənməkdə olan koronavirusa qarşı məhdudiyyətlər tətbiq etdiyi dövrdə İngiltərədə qeyri-adi hadisə yaşanıb.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, Liverpul şəhərində 3 min nəfərlik böyük konsert təşkil edilib. Musiqili proqram test etmək məqsədi daşıyıb.

Belə ki, 3 min gənc maska və sosial məsafə kimi izolyasiya qaydalarına əməl etmədən konsertdə iştirak ediblər. Onlar üzərində aparılan təcrübələrdən sonra, insanların açıq havada bir-birini virusa yoluxdurma ehtimalının neçə faiz olduğu müəyyənləşəcək.

Musiqili proqramda iştirak edən şəxslər arenaya daxil olmazdan əvvəl COVID-19 testi veriblər. Beş gün sonra onlardan yeni testlər götürüləcək.