Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin səhhəti dəyişməz olaraq qalır.
Bu haqda BAKU.WS-ə açıqlama verən aktyorun oğlu Rövşən Quliyev, atasının müalicəsinin reanimasiyada davam etdirildiyini və vəziyyətinin ağır olduğunu bildirib:
“Səhhətində heç bir irəliləyiş yoxdur. Süni tənəffüs aparatına bağlıdır. Müalicəsi davam etdirilir. Hələ də özündə deyil. Artıq bu gün 10-cu gündür ki, xəstəxanadadır. Yerləşdirilən gündən də aparata qoşulu formada yaşayır. Hələ də vəziyyəti ağırdır”.