Meyxanaçı Yaşar Qafanlı ilə aparıcı Zaur Kamal arasında canlı yayım zamanı qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, “Həmin Zaur” proqramındaqonaq olan meyxanaçı studiyanı tərk edib.

Buna qədər Zaur deyib ki, bir neçə dostu ondan Yaşar Qafanlını efirə çağırmsını xahiş edib. Zaurun bu sözləri meyxanaçının narazılığı ilə qarşılanıb. O, aparıcıya “Sənin verilişin mənə lazım deyil”,-deyərək studiyanı tərk edib.