Xəbər verdiyimiz kimi, ötən gecə 17 yaşlı gənc İsa Alməmmədli paytaxtın Binəqədi rayonu Cəfər Xəndan küçəsi 54 ünvanında yerləşən binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Sosial şəbəkələrdə məlumat yayılmışdı ki, İsa Alməmmədli buraxılış imtahanında az bal yığdığına görə intihar edib.
Baku TV əməkdaşları məsələni dəqiqləşdirmək üçün onun əmisi Rüstəm Behrudi ilə əlaqə saxlayıb.
O bildirib ki, İsa 10-cu sinifi bitirdiyi üçün heç bir imtahan verməyib. Yayılan məlumatlar əsassızdır.
Daha ətraflı Baku TV-nin süjetində: