Azərbaycanda Nərminə adlı qadın özündən 20 yaş böyük kişi ilə evləndirilib.

BAKU.WS xəbər verir ki, bu barədə o, ARB TV-də yayımlanan “Elgizlə İzlə” verilişində danışıb.

Yaşlı kişi ilə evlənməyə məcbur qalan qadın evliliyin onun üçün ağır keçdiyini bildirib:

“Mən onu belə gördüm ki, bizə gəldilər. Mən onu elçilikdə görərkən elə bildim ki, oğlanın dayısıdır. İndi tamamilə qocalıb. Onun xalası oğlunun vasitəsilə biz evlənmişdik. Anam da fikirləşmişdi ki, qızımdır”.