Bakının Nəsimi rayonu ərazisində kanalizasiya qapağını oğurlayıblar.
Bu barədə hadisə şahidləri BAKU.WS-in qaynar xəttinə məlumat veriblər. Bildirilir ki, iki nəfər Süleyman Rəhimov küçəsində kanalizasiya qapağını oğurlayaraq aparıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, artıq hadisə ilə bağlı araşdırma başlanılıb. Həmin şəxslərin tutulmaları istiqamətində işlər aparılır.
Qeyd edək ki, oğurluq hadisəsi müşahidə kameralarına düşüb. Həmin görüntüləri təqdim edirik: