Fransanın PSJ klubunun prezidenti Nasser əl-Helaifi Avropa Klubları Assosiasiyasının (ECA) rəhbəri seçilib.

Sports.ru xəbər verir ki, o, bu vəzifədə Superliqa ilə bağlı istefa vermiş “Yuventus” prezidenti Andrea Anyellini əvəz edib.

Qeyd edək ki, əl-Helaifi UEFA direktorlar şurasının üzvüdür. O, Superliqa layihəsinə qarşı çıxış edib və PSJ-nin bu layihəyə qoşulmayacağını bildirib.