Çad prezidenti İdriss Debi İtno hərbi əməliyyat zamanı aldığı yaralardan həyatını itirib.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Çadın ölkə başçısı üsyançılarla qarşıdurma zamanı yaralanmışdı.

Qeyd edək ki, Çad ordu rəsmilərinin “Twitter”də yayılan müraciətində də qeyd olunur ki, Çadın ali baş komandanı İdriss Debi İtno vəfat edib.