“Show” telekanalında yayımlanan “Alev alev” serialı ilə bağlı final qərarı verilib.
Musavat.com xəbər verir ki, ilk bölümləri ilə reytinq rekordu qıran serial son günlər reytinqlərdə geriləməyə başlayıb. Baş rollarını Demet Evqar, Hazar Ergüçlü və Dilan Çiçək Dənizin paylaşdığı ekran işi 26-cı bölümdə izləyicilərə vida edəcək.
Ekran işinin son bölümü mayın 6-da izləyicilərə təqdim olunacaq.