Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış əməliyyatı icra olunub.

Medianews.az xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, sutka ərzində iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində bir nəfər xilas edilib, bir nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.