FIFA dərəcəli rusiyalı hakim Sergey Lapoçkin Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) tərəfindən cəzalandırılıb.

“Championat” resursunun məlumatına görə, UEFA-nın qərarıyla o, 90 gün müddətinə futboldan kənarlaşdırılıb.

Qərara səbəb isə hakimin quruma müəyyən məsələlər barəsində vaxtında xəbər verməməsi olub.

Belə ki, hələ 2018-ci ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Ventspils” (Latviya) – “Bordo” (Fransa) matçından (0:1) əvvəl müəyyən şəxslər hakimdən oyunun nəticəsinə təsir göstərməsini xahiş ediblər. S.Lapoçkin buna razılıq verməsə də, UEFA nümayəndələrini də insident barədə məlumatlandırmayıb.