Azərbaycanın əsas “qanuni oğru”su Nadir Səlifovun (Lotu Quli) qardaşı “qanuni oğru” Albert Rıjının (Əli Heydərov) qətlini sifariş verməkdə şübhəli bilinir.

Milli.Az Lent.az-a istinadla bildirir ki, Albert Rıjıyın aradan götürülməsində Lotu Qulinin qardaşı “qanuni oğru” Namiq Bakinski maraqlı olub.

Kriminal avtoritetin bunun üçün iki motivi ola bilərdi. Birincisi, Bakinski hesab edir ki, qardaşının ölümünün sifarişçisi kimi Albert Rıjını və Badri Kutaisilidir.

Bundan əlavə, həbsxanadan buraxılan Heydərov Moskvadakı meyvə-tərəvəz bazarlarına nəzarətə iddialı idi. Bu isə Namiq Bakinskinin xoşuna gəlmirdi.