Ermənistanın Baş naziri Nikol Paşinyan yenə özünü biabır edib. Belə ki, o, Parlamentdə Qarabağ münaqişəsi barədə danışarkən Rusiyanın dövlət başçısı Vladimir Putini Fransa prezidenti adlandırıb.

Paşinyan çıxışı zamanı 2020-ci ilin payızında Qarabağda atəşkəsə dair razılaşmaların təfərrüatlarına toxunarkən belə deyib:

“ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Fransa Prezidenti Vladimir Putinin oktyabrın 1-də verdiyi açıqlamaya uyğun olaraq… ”

Yenidən gülüş hədəfinə çevrilən Ermənistanın Baş nazirinin bu çıxışının görüntüləri sosial şəbəkələrdə virus sürəti ilə yayılıb.