Şəmkirdə 16 yaşlı qızın cinsi zorakılığa məruz qaldığı iddia edilir.
Oxu.Az-ın məlumatına görə, 2005-ci il təvəllüdlü Aynurun (şərti) ailə üzvləri hadisə ilə bağlı polisə müraciət edib. İddia edilir ki, qıza qarşı bir neçə nəfər tərəfindən cinsi zorakılıq cəhdləri olub.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, cinsi əlaqə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət daxil olub:
“Daxil olan müraciət əsasında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq olaraq təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Mövzu ilə əlaqədar araşdırma başladılıb. İddialarla bağlı ekspertiza təyin olunub. Ekspertizanın nəticəsi açıqlandıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.