Ramazan ayında oruc tutarkən qida rasionuna düzgün əməl etmək çox vacibdir. Keçən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövründə qədəm qoyur.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının immuniteti zəif olanları daha tez yaxalayır və onların xəstəliyi daha ağır keçir.
Həkimlər düşüünrlər ki, pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin.
Pulmonoloq, reanimatoloq Vüqar Səfərov da BAKU.WS-ə açıqlamasında pandemiya şəraitində insanlar xüsusi diqqətli olmalıdırlar.
“Xəstə insanlar oruc tutmağı təhlükəlidir. Lakin xəstəlik sağalıbsa, bu zaman elə bir təhlükə yoxdur.
Ümumiyyətlə hazırkı vaxtda insanlar sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər. Təmiz havada olmalıdırlar. İftar və imsaq zamanı yaxşı qidalanmalıdırlar. Meyvə və tərəvəzlərdən bol istifadə etmək mütləqdir. Yeməkdən sonra da bol su qəbul etmək məsləhətdir.
Səhər yeməyi zamanı yumurta, duzu az olan pendir, ağartı məhsulları qəbul edilməlidir. Susuzluğu yatıran meyvə və tərəvəzlər yeyilməyi məsləhətdir.
İftar açarkən birdən-birə mədəni çox yükləmək olmaz. Buna görə də, hissə-hissə yemək lazımdır. Yaxşı olardı ki, ilk öncə sulu xorəklərdən istifadə edilsin.
İftar süfrəsində ət, toyuq, balıq, göbələk və tərəvəz yeməkləri ola bilər. Süfrədə göyərtilərin olması həzm traktını yaxşılaşdırır, metobolizmi sürətləndirir və artıq çəkinin yaranması prosesinin qarşısını alır.
Meyvələr yeməkdən dərhal sonra qəbul edilməməlidir. Yeməkdən təzminən bir saat sonra meyvə yeyilə bilər”, – deyə Vüqar Səfərov bildirib.
Həkim-infeksionist Natiqə Qocayeva ilə əlaqə saxladıq. Natiqə Qocayeva BAKU.WS-ə oruc tutmaq nəinki insan orqanizmi üçün ziyandır, əksinə düzgün tətbiq olunarsa, ac qalmağın xeyirli tərəfləri də var.
“Ac qalmağın tibbi baxımdan da üstün cəhətləri var. Qaraciyər və böyrək də təmizlənir. Ac qalanda insan bədəni artıq yüklənmədən təmizlənir. Yaxşı qidalanmalıdırlar, vitaminlər qəbul etməlidirlər”, – deyə həkim bildirib.
Mütəxəssis deyir ki, xəstə və koronavirusdan yenicə sağalan insanların oruc tutmağı isə sağlamlıq üçün təhlükəlidir:
“Yenicə koronavirusdan sağalanların isə oruc tutmağı məsləhət deyil. Çünki onların bədəni zəifləyib, immunitet sistemləri zədələnib. Bu səbəbdən də, onların ac qalması bir az da zəfiləməyə səbəb olur”.