ARB TV-nin “Bazar Düzü” verilişinin növbəti qonağı müğənni Vüqar Muradov olub.

Atasından sevgi görmədiyini deyən sənətçi ona görə travma aldığını etiraf edib:

“Atam kommunist fikirli insandır. Dünya gözəli insandır, lakin övladına sevgisini göstərə bilməyən biridir. Ona görə travmalıyam. Atam kimi ata olmayacağam. Elə ata olacağamsa, atalıq mənə qismət olmasın.

Haradasa atam kimi birini görəndə də aqressiv oluram. Bir övlada balam sözünü demək bu qədər mi çətin idi? Həyatda heç nəyə ehtiyacım olmayıb. Atama haqqımı halal etmirəm”.