Saat 21:20 radələrində İrəvan polisinin əməliyyat şöbəsinə Kilikia məhəlləsində atışma olduğu barədə məlumat daxil olub.
Fotomüxbir Qaqik Şəmşyanın hadisə yerindən verdiyi məlumata görə, məhəllənin Verfel küçəsində güllə yarası alan bir nəfər xəstəxanaya yerləşdirilib. Hazırda İrəvan Polis Şöbəsinin rəisi Sevan Köçəryan, rəis müavini Artur Zakaryan və Şöbənin Cinayət Axtarış İdarəsinin rəisi Hovhannes Aristakesyan hadisə yerinə gəliblər. Bu barədə Ermənistanın “news.am” saytı xəbər yayıb.
İndi hadisə yeri İrəvan İstintaq İdarəsinin istintaq qrupunun müstəntiqləri tərəfindən araşdırılır. Yerdə qan izi və boş qalmış gilizlər var.
//Musavat.com