Müğənni, biznesmen, Azərbaycanın xalq artisti Emin Ağalarov Nardaranda yeni və böyük layihənin icrasına başlayıb.

Musavat.com xəbər verir ki, Emin Ağalarova məxsus, Nardaranda dəniz kənarında yerləşən “Sea Breeze Resort”dan başlayan yeni layihə hektarlarla ərazini əhatə edəcək.

Layihəyə əsasən çimərlik boyu villalar inşa ediləcək, yaşıllıqlar salınacaq, əyləncə mərkəzləri tikiləcək. Yeni layihəni “Sea Breeze Resort”un davamı da adlandırmaq olar.

Bildirək ki, “Sea Breeze Resort”a daxil olan xeyli sayda villalar tikilib və artıq satışdadır. Yeni layihənin davamı da bu cür olacaq.

Dəniz kənarında yerləşən mövsümü çimərlik obyektləri tam söküləcək. Artıq həmin obyeklərdən bir neçəsi sökülüb və ərazidə tikinti işləri davam etdirilir. Digər obyektlərin isə növbəti illərdə sökülməsi planlaşdırılır.

Nəzərdə tutulan layihənin ərazisinə düşən bağ evləri, torpaq sahələri də Emin Ağalarov tərəfindən alınıb. Yalnız dəniz kənarında olan dəbdəbəli villaların sökülməməsi nəzərdə tutulub. Layihənin planına uyğun gəlməyən bütün tikililər kompensasiyası ödənilməklə söküləcək. Layihənin yaxın 2 il ərzində yekunlaşması gözlənilir.

Bildirək ki, “Sea Breeze Resort”a daxil olan villalardan hazırda satışda olanlar var. Qiymətlər 131-365 min manat civarında dəyişir.

İlkin Muradov
Musavat.com

Emin Ağalarovun Azərbaycanda dəniz boyu uzanacaq yeni layihəsi - FOTOLAR