Bakıda “Extra” restoranında 40-dan çox insanın iştirakı ilə məclis təşkil olunub.
Musavat.com xəbər verir ki, əsasını şou əhlinin təşkil etdiyi məşhurlar “Extra” restoranında mafia oyunu oynamaq üçün toplaşıblar.
Sosial şəbəkələrdə tədbirin təşkilatçıları tərəfindən paylaşılan videodan görünür ki, təkcə masa arxasında 14 nəfər oyunun iştirakçısı var.
Çəkiliş aparan heyəti, musiqiçiləri, ofisiantları və digər maslarda oyunu izləyənləri nəzərə alsaq restoranda ən azı 40 nəfərin iştirakını müşahidə etmək olur.
Maraqlıdır ki, hər gün paytaxt Bakıda və bölgələrdə toy, nişan, yas və digər insanların kütləvi şəkildə toplaşdığı məclislərin qarşısını alınır. Amma şou əhli bu cür qadağalara məhəl qoymur.
Qeyd edək ki, bu görüntülər sosial şəbəkələrdə haqlı narazılığa səbəb olub. Tədbir təşkilatçıları sonradan bu videonu sosial şəbəkə hesablarından siliblər.
İlkin Muradov
Musavat.com