Böyük Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filip vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə Kral ailəsi məlumat yayıb.
“Əlahəzrət Kraliça həyat yoldaşı Edinburq Hersoqu Şahzadə Filipin ölümünü dərin bir kədərlə elan edir.
Şahzadə bu gün səhər Vindsor qəsrində vəfat edib”, Kral sarayının məlumatında qeyd olunub.