Aparıcı-aktrisa Zümrüd Qasımovanın səhhətində problem yaranıb.
Medianews.az “qafqazinfo”ya istinadən xəbər verir ki, uzun müddətdir xərçənglə mübarizə aparan aktrisa beş ildən sonra yenə əməliyyat olunacaq.
Qasımovada yenidən onkoloji şiş əmələ gəlib və o, bu gün Milli Onkologiya Mərkəzinə yerləşdirilib.
Əməliyyat sabah baş tutacaq.