İkinci Qarabağ Müharibəsində iştirak etmiş məşhur erməni basketbolçu Aram Mkrtçyanın cəsədi tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Kavkazkiy uzel” saytı məlumat yayıb.
Məlumata görə, aprelin 3-də Azərbaycanın nəzarətində olan ərazilərdə iki nəfərin qalıqları aşkar olunub. Bununla da Qarabağda cəsədləri tapılan erməni hərbçilərin sayı 1.529-a çatıb.
Ermənistan Basketbol Federasiyası “Facebook” səhifəsində açıqlayıb ki, Aram Mkrtçyanın ailəsi və dostları onun qayıdacağını 6 ay gözləyib. Lakin basketbolçunun cəsədinin qalıqları tapılıb.