Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadəyə yeni vəzifə verilib.
Sabiq sədr Baş nazir Əli Əsədovun müşaviri təyin olunub.
Bu barədə ötən gün Ə.Əhmədzadənin kollektivlə sağollaşması zaman bildirilib.
Onun yeni təyinatı ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, ötən gün Ə.Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.org yayıb.