Bu gün DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turuna start veriləcək.
Medianews.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması növbəti oyununa da bu gün çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Serbiya yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Azərbaycan yığması qrupda bir oyun keçirib. Milli Portuqaliyaya 0:1 hesabıyla uduzub. İki oyun keçirən Serbiya millisi ilə qrupun lideridir. Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda ilk matçda İrlandiyanı 3:2 hesabıyla məğlub edib, ikinci oyunda isə Portuqaliya ilə qollu bərabərə qalıb – 2:2.
DÇ-2022, seçmə mərhələ
30 mart
A qrupu
20:00 Azərbaycan – Serbiya
Baş hakim: Roy Reynşreyber (İsrail)
22:45 Lüksemburq – Portuqaliya
|
|